...

Aşura günü fevralın 9-da qeyd olunacaq

Cəmiyyət Materials 30 Yanvar 2006 16:19 (UTC +04:00)

Hicri təqvimi ilə yanvarın 31-də bütün müsəlmanlar üçün müqəddəs ay olan Məhərrəm ayı başlayır və müvafiq olaraq Aşura günü fevralın 9-da qeyd edilir. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

QMİ bütün müsəlmanlara müraciət edərək onları dini matəmi əzalardan qan çıxarmaqla özlərinə xətər yetirmədən, sakit keçirməyə, müqəddəs yerlərdə qaydalara əməl etməyə çağırıb. Bu zaman matəmin mənasını anlamayan uşaqların burada iştirakının təqdir edilmədiyi bildirilib.

QMİ-nin məlumatında həmçinin, bildirilir ki, Aşura mərasimi yalnız məscidlərdə, sitayiş yerlərində ictimai qaydalara ciddi riayət edilməklə keçirilməlidir.

Xəbər lenti

Xəbər lenti