...

Xanhüseyn Kazımlı: "Macarıstana səfərimiz həyata keçirilsə Ramil Səfərovla görüşəcəyik"

Cəmiyyət Materials 30 Yanvar 2006 17:29 (UTC +04:00)

Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupu Budapeştə səfərə dəvət olunub. Bu barədə Trend ə adıçəkilən dostluq qrupunun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı bildirib.

X.Kazımlı onu da bildirib ki, dəvət onlara Macarıstanın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Andraş Barşoninin Milli Məclisin spikeri Oqtay Əsədovla görüşü zamanı edilib. X.Kazımlı onu da qeyd edib ki, səfər həyata keçirilərsə ilk növbədə Macarıstanda erməni zabitini qətlə yetirməkdə ittiham olunaraq həbs edilmiş azərbaycanlı zabit Ramil Səfərovla görüşəcəklər: "Bundan başqa macarıstanlı həmkarlarımızla da görüşlərimizdə bu məsələni müzakirəyə çıxaracağıq. Bu məsələyə aidiyyatı olan Macarıstandakı qurumların rəhbərləri ilə də fikir mübadiləsi aparacağıq".

Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri onu da vurğulayıb ki, məsələ ilə bağlı R.Səfərovun vəkili A.İsmayılovla daim əlaqə saxlayır. Azərbaycanın Macarıstandakı səfirliyinə müxtəlif sorğular ünvanlanıb: "Ramil Səfərovla bağlı bütün sənədləri əldə etmişik və məsələni diqqətdə saxlayırıq. Lazımi instansiyalarla mütəmadi əlaqələr yaradırıq. Məslənin ədalətli həll olunması üçün tutduğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlı öz köməyini əsirgəməməlidir".

Hər şeyin üçüncü ekspertizanın nəticələrindən asılı olacağını deyən X.Kazımlı Macarıstana nə vaxt səfər edəcəkləri ilə bağlı dəqiq tarix söyləməyib: "Tarixi Macarıstan tərəfi müəyyənləşdirməlidir".

Qeyd edək ki, hadisə 2004-cü il fevralın 19-da baş verib. Növbəti məhkəmə fevralın 21-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti