...

Azərbaycan basketbolçuları İrana yola düşüb

Cəmiyyət Materials 31 Yanvar 2006 13:02 (UTC +04:00)

Azərbaycanın basketbol üzrə gənclərdən ibarət yığması yanvarın 31-də Tehranda start veriləcək ənənəvi "Fəcr" turnirində iştirak etmək üçün İrana yola düşüb.

Kollektivin baş məşqçisi Elxan Əliyevin məlumatına əsasən, komandanın tərkibinə mükafat qazanmaq uğrunda mübarizə aparacaq 11 oyunçu daxildir. Lakin bu, heç də asan olmayacaq. Çünki təşkilatçılar tərəindən yarışa Küveyt, Bəhreyn, Gürcüstan və digər ölkələrin basketbolçuları da dəvət alıb.

Mütəxəssisin sözlərinə görə, bu turnir onun yetirmələrində çatışmayan beynəlxalq yarış təcrübəsinin əldə olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti