...

Azərbaycan yığmasının Avro -2008 seçmə turnirinin təqvimi üzrə öz varintı hazırdır

Cəmiyyət Materials 31 Yanvar 2006 13:52 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığmasının məşqçi qərargahı Avropa-2008 çempionatının seçmə turnirinin "A" qrupunda matçların təqvimi üzrə öz variantını tərtib edib.

Komandanın baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi məlumata görə, ilin sona kimi 4 ixtisaslaşdırılmış görüuşün keçirilməsi planlaşdırılıb. "Kampaniyanı sentyabrda Finlandiyaya qarşı mübarizə ilə başlamaq, sonra Bakıda qazaxları qəbul etmək, daha sonra Belçikaya yola düşmək istərdik. Mövsümü isə Serbiya və Çernoqoriya ilə görüşlə başa çatdırmaq istərdik. Lakin hələlik bu yalnız layihədir. Bizim arzularımızın rəqiblərimizin planları ilə nə dərəcə üst-üstə düşdüyünü gözləmək qalır", - deyə Ş.Diniüev bildirib.

Xatırladaq ki, bütün maraqlı tərəflərin işğtirakı ilə təqvimin müzakirəsi fevralın 10-da Brüsseldə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti