...

Ölkənin qılıncoynatma Federasiyası hələlik yeni prezidentinin seçimini müəyyən etməyib

Cəmiyyət Materials 31 Yanvar 2006 15:14 (UTC +04:00)

Azərbaycanın qılıncoynatma Federasiyasının yeni prezidentinin seçilməsi məsələsi əvvəlki kimi, müəyyən edilməmiş qalır.

Federasiya rəhbərinin səlahiyyətlərini icra edən vitse-prezident Yaşar Məmmədov Trend ə bildirib ki, məsələnin hələ ötən ilin sonunda Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə görüşdə həll edilməsi planlaşdırılırdı. Amma ilin sonunadək bu iş baş tutmadı, amma Y.Məmmədov ümid edir ki, Federasiya çox yaxın vaxtlarda yeni prezidentini müəyyən edəcək. Həm də ona görə ki, artıq qılıncoynadanların mövsümü başlayıb və müxtəlif beynəlxalq yarışlarda, eləcə də təlim-məşq toplanışlarında iştirak etmək üçün onlara vəsait lazımdır.

Xatırladaq ki, öncə Federasiyaya keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev rəhbərlik edirdi.

Xəbər lenti

Xəbər lenti