...

Vakant hakim yerlərinə imtahanların növbəti mərhələsi Ədliyyə Nazirliyinin Tədris Mərkəzində keçiriləcək

Cəmiyyət Materials 31 Yanvar 2006 15:48 (UTC +04:00)

Vakant hakim yerlərinə imtahanların növbəti mərhələsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tədris Mərkəzində keçiriləcək. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

"İmtahanın fevralın 4-də keçiriləcəyi planlaşdırılıb. Ancaq bu, hələlik dəqiq tarix deyil. Ola bilsin ki, bəzi texniki səbəblərdən imtahanın vaxtı 1-2 gün uzadılsın. Bu, vakant hakim yerlərinə keçirilən üçüncü və şifahi imtahandır. Əvvəlki mərhələlərdən fərqli olaraq bu dəfə namizədlər tək-tək imtahan verəcək", - deyə komitə sədri bildirib.

Hər namizədə şifahi sualları cavablandırmaq üçün 30 dəqiqə vaxt ayrılacaq. İmtahan prosesi bir neçə gün daam edəcək. Gün ərzinlə təxminən 10 nəfərə yaxın imtahan iştirakçısı sualları cavablandıracaq.

Qeyd edək ki, ötən mərhələdə 223 namizəddən yalnız 68-i uğur qazanaraq bu mərhələyə keçib.

Xəbər lenti

Xəbər lenti