...

"AzərReyl" İsveçrəyə getməyi planlaşdırır

Cəmiyyət Materials 31 Yanvar 2006 16:02 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" voleybol klubu bu günlərdə İsveçrəyə yola düşməyi planlaşdırır. Komanda orada çempionlar Liqasının dörddə bir finalına son hazırlıq mərhələsini keçirəcək.

Trend bildirir ki, Azərbaycan voleybolçuları Avropa kubokunun qrup mərhələsində Sürixə getmişdi və orada yerli komandalarla bir neçə yoxlama görüşləri keçirib. Klubun Faiq Qarayevin başçılığı ilə məşqçi heyəti yenidən Alpa getməyi qərara alıb və oradan da ola bilsin ki, "AzərReyl" Berqamoya "Foppapedretti" ilə oyuna yola düşəcək.

Xatırladaq ki, ilk mərhələnin yekunlarına görə, dəmir yolçular "V" qrupunda üçüncü yeri tutur.

Xəbər lenti

Xəbər lenti