...

Azərbaycanın Səhiyyə nazirliyi 9 aptekin fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 1 Fevral 2006 13:35 (UTC +04:00)

Azərbaycanın Səhiyyə nazirliyinin İnnovasiya və Təchizat mərkəzinin mütəxəssisləri tərəfindən əczaçılıq müəssisələrində keçirilən reydlər davam etdirilir. Nazirlikdən Trend ə verilən məlumata görə, Bakı şəhəri üzrə 215 aptek müəssisəsində bir sıra normativ pozuntular, xüsusilə dərmanların anbarlarda qeyri-düzgün şəraitdə saxlanması, aptek işçilərinin müvafiq təhsilinin olmaması və s. aşkar olunub.

Reydlərin nəticələri üzrə 9 aptekin fəaliyyəti dayandırılıb. Həmçinin, 43 aptekin qanunsuz fəaliyyət göstərməsi faktı aşkar olunub. Bu apteklərdən zirzəmidə yerləşən ikisinin fəaliyyətinə qadağa qoyulub, digərlərinə isə xəbərdarlıq edilib.

Nazirlikdən qeyd edilib ki, mərkəzin əməkdaşları respublikanın digər apteklərdə və dərmanların topdansatışı ilə məşğul olan digər müəssisələrdə də analoji tədbirlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti