...

Səhiyyə nazirliyi vərəm və QİÇS xəstələrinin dərmanlarla təmin edilməsi üçün layihələrin hazırlığı üzrə işlər aparır

Cəmiyyət Materials 1 Fevral 2006 16:55 (UTC +04:00)

Ölkənin Səhiyyə nazirliyi vərəm və QİÇS-ə yoluxmuş xəstələrin dərman preparatları ilə təmin edilməsi üçün layihələrin hazırlığı üzrə işlər aparır. Dövlət strukturunda Trend ə bildirilib ki, bu işlər müxtəlif beynəlxalq təşkilatlarla birgə aparılır.

Azərbaycanda böyrək çatışmamazlığı, talassemiya, hemofiliya, QİÇS, onkoloji və vərəm xəstələrinin sayı təxminən 16 min təşkil edir.

2006-cı ildə ölkənin dövlət büdcəsindən dərman preparatlarının alınmasına ümumilikdə 19 mln. AZN həcmində vəsait ayrılıb, amma həmin xəstələrin yalnız dərmanlarla təmin edilməsi üçün 20 mln. AZN-dən çox vəsait tələb olunur.

Dövlət struktrunda qeyd olunub ki, bu xəstələrin təmin edilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına 5 dövlət proqramı hazırlanıb. Bunlardan qan xəstəliyinə aid iki layihə artıq Nazirlər Kabineti tərəfindən təsdiq olunub və qalan üç layihə razılaşdırılma mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti