...

Yaponiya və Sloveniya cudoçuları Bakıda təlim-məşq toplanışı keçir

Cəmiyyət Materials 1 Fevral 2006 19:16 (UTC +04:00)

Yaponiya və Sloveniyanın cudo komandaları tatami sahibləri ilə birgə təlim-məşq toplanışları keçmək üçün Bakıya gəlib.

Milli Federasiyada Trend ə bildirilib ki, Azərbaycana gəlmiş Yaponiya komandasına Yoşitaki Yokixarı başçılıq edir və o, Yaponiyada aparıcı mütəxəssislərdən biridir.Komandanın tərkibinə artıq ilk məşqləri keçmiş altı idmançı daxildir.

Eyni zamanda Sloveniya komandasının tərkibinə Avropa çempionatının finalçıları Rok Draksiç (60 kq) və İqor Trboviç (66 kq) daxildir.

Qeyd etmək lazımdır ki, qitə çempionatına hazırlıq məqsədi daşıyan birgə toplanışlar fevralın 11-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti