...

DAK Xocalı soyqırımı ilə bağlı müxtəlif ölkələrdə silsilə tədbirlər keçirəcək

Cəmiyyət Materials 2 Fevral 2006 11:11 (UTC +04:00)

Hazırda Dunya Azərbaycanlıları Konqresi (DAK) "Dünya Azərbaycanlıları terrora və soyqırıma YOX deyir" devizi altında müxtəlif ölkələrdə silsilə tədbirlər keçirməyi planlaşdırır. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fevral ayının 20-də Bakıda Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq bu tədbirlər Türkiyədə, Iaşinqtonda, Londonda, Stokholmda, Haaqada, Moskvada, Praqada və digər Avropa şəhərlərində etiraz aksiyalarının, elmi-praktik konfransların keçirilməsi ilə davam edəcək. Həmin tədbirlərdə 20 Yanvar faciəsi, Azərbaycan xalqının tarixində dəhşətli izlər buraxmış 1992-ci il Xocalı soyqırımı və 1918-ci ilin 31 mart soyqırımı, ölkəmizdə bir milyon insanın erməni təcavüzü nəticəsində öz yurdlarından didərgin düşməsi ilə bağlı faktlar dünya ictimaiyyətinə çatdırılacaq.

Bu tədbirlərin davamı olaraq, Brüsseldə (Belçika) Avropa Parlamentinin binasında müxtəlif ölkələrdən, o cümlədən ABŞ, Avstriya və Norveçdən dəvət olunmuş alimlərin, ictimai xadimlərin, aparıcı kütləvi-informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə elmi-praktik konfransın keçirilməsi və Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayiş etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti