...

FİLA Hüsaməddin Rəcəbovu bir il müddətinə yarışlarda iştirakdan məhrum edib

Cəmiyyət Materials 2 Fevral 2006 12:19 (UTC +04:00)

Orqanizmində dopinqdən istifadənin əlamətləri aşkar olunmuş klassik güləş üzrə dünya çempionatının finalisti Hüsaməddin Rəcəbov Beynəlxalq Federasiya (FİLA) tərəfindən bir il müddətinə yarışlarda iştirakdan məhrum edilib.

Vitse-prezident Cavanşir Qurbanovun Trend ə verdiyi məlumata görə, artıq FİLA bu məsələ ilə bağlı qərar çıxarıb. Lakin Azərbaycan tərəfi istedadlı pəhləvannın cəzasını yüngülləşdirmək üçün əlinldən gələni edir. "Hazırda biz apellyasiya verməyə hazırlaşırıq və 1 illik müddətin 6 ayla əvəz olunmasına nail olmaq niyyətindəyik. Hüsaməddininin əvvəllər dopinqdən istifadə etməməsi ilə əlaqədar inanırıq ki, FİLA bu məsələdə bizə kömək edəcək", - deyə C.Qurbanov vurğulayıb.

O, həmçinin, xatırladıb ki, testin müsbət nəticələri atletin tezliklə sağalmasına kömək edən preparatlardan istifadə ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti