...

"Neftçi" Antalyada qələbə qazanır

Cəmiyyət Materials 2 Fevral 2006 13:13 (UTC +04:00)

"Neftçi" Antalyada keçirilən yoxlama görüşü çərçivəsində Bolqarıstanın "Nafteks" komandasını 3:1 hesabla məğlub edib.

Trend in xəbər verdiyi kimi, bakılılar oyunun gedişinə qətiyyətlə nəzarət edib. Oyun zamanı Birlik Kuboku sahibini irəli çıxarmış moldaviyalı yarımmüdafiəçi Vadim Borets fərqlənib. Fasiləyə qədər komandanın kapitanı Nadir Nəbiyev hesabda fərqi daha da artırıb. Lakin ikinci taymda "Nafteks" penaltinin hesabına "Neftçi"nin qapısından bir top keçirə bilib. Görüş Serbiyalı forvard Branimir Subaşiçin vurduğu 3-cü qolla başa çatıb.

Məşq oyunlarının sonuna kimi Ağasəlim Mircavadovun yetirmələri fevralın 11-də başlayacaq milli çempionatın ikinci dövrəsinə hazırlıq çərçivəsnidə daha bir neçə görüş keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti