...

Azərbaycan UEFA-nın "Feyr-Pley" reytinqində Türkiyəni qabaqlayır

Cəmiyyət Materials 2 Fevral 2006 16:18 (UTC +04:00)

Azərbaycan UEFA-nın "Feyr-Pley" reytinqində təşkilat Kubokunun növbəti yarışında daha bir komandaya iştirak etmək hüququ verən 42-ci yerdədir.

Trend in UEFA-nın rəsmi saytına istinadən xəbər verdiyi kimi, cari təsnifatın nəticələrinə görə, yerli komandalar və yığmamız ümumilikdə 7,642 xal toplayıb. Bu göstərici İsrail, Serbiya və Çernoqoriya, Türkiyə, Bosniya və Hersoqovina, o cümlədən Gürcüstanı qabaqlamağa imkan verir.

Bu reytinqdə Belçika liderlik edir, belə ki, son 65 oyunda bu ölkə 8,166 xal toplayıb. İsveç, Niderland, Latviya və Finlandiyanın aktivində 8,1 xal var.

Xalların hesablanma sistemi rəqiblərinə və hakimlərə hörmət prinsiplərinə, klubun azarkeşləri və rəsmi şəxslərinin nümunəvi davranışına əsaslanır. Həmçinin, sarı və qırmızı vərəqələrin sayı da nəzərə alınır. Ən yaxşı reytinqə malik assosiasiya UEFA kubokunun birinci seçmə mərhələsinə əlavə vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti