...

Azərbaycanda təhsildə test sisteminin qiymətləndirilməsi aparılacaq

Cəmiyyət Materials 3 Fevral 2006 12:33 (UTC +04:00)

Fevralın 6-dan 17-nə kimi Azərbaycanın təhlsil sisteminin nümayəndələrindən ibarət nümayəndə heyəti ABŞ-zın "Təhsil testi xidməti" təşkilatının təşkil etdiyi "Təhsil testi üzrə tədris səfəri" proqramında iştirak səviyyəsində Priston şəhərində olacaqlar. Bu barədə Trend ə USAID məlumat verib.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, ölkənin Milli Məclisinin elm və təhsil daimi parlament komissiyasının nümayəndələri, dövlət və özəl ali məktəblərin rektorları daxildirlər.

Səfərdə məqsəd ABŞ-da ali məktəblərə qəbul sisteminin öyrənilməsidir.

İştirakçılar ABŞ-ın bu sahədə təcrübəsini öyrənəcək, bu ölkə Təhsil test xidməti agentliyində kurs keçəcəklər.

Məlumatda bildirilir ki, 2006-cı ilin mayında bu xidmətin nümayəndə heyəti Azərbaycana səfər edəcək və Azərbaycanda təhsildə test sisteminin növbəti qiymətləndirilməsini keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti