...

Regional apellyasiya məhkəmələri üçün ilk növbədə yeni binalar ayrılmalıdır

Cəmiyyət Materials 3 Fevral 2006 14:25 (UTC +04:00)

Regional apellyasiya məhkəmələrinin yaradılması üçün ilk növbədə həmin regionlarda yeni binalar ayrılmalıdır. Bu sözləri Trend ə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr əvəzi İnqilab Nəsirov söyləyib.

Onun sözlərinə görə, ölkə başçısının məhkəmələrin fəaliyyətində müasirləşmə və təkmilləşmə işinin aparılması ilə bağlı fərmanın iləri gələn məsələrədən biri regional apellyasiya məhkəmələrinin yaradılmasıdır. Ancaq bunun üçün ilk növbədə həmin məhkəmələrin sosiakl bazası yaradılmalıdır. "Yeni regional məhkəmələrin yaradılması fə fəaliyyətə başlaması üçün ilk növbədə həmin məhkəmələrə yeni binalar ayrılmalıdır. O ki qaldı həmin məhkəmələrə hakimlərin təyin edilməsinə, bu, yalnız hazırkı hakim korpusunda çalışanların fəaliyyətlərinin qiymətləndirilməsindən sonra baş tutacaq", - deyə İ.Nəsirov bildirib.

İnqilab Nəsirov söyləyib ki, Məhkəmə Huquq Şurası həmin regional məhkəmələrə hakimlərin namizədliyini müzakirə edəndən sonra bununla bağlı ölkə başçısına təqdimat verəcək. Ölkə başçısı da qanunvericiliyə uyğun olaraq həmin təqdimatı Milli Məclisin müzakirəsinə təqdim edəcək. Bundan sonra yeni yaradılacaq regional məhkəmələrə konkret hakimlər təsdiqlənəcək.

Xəbər lenti

Xəbər lenti