...

Ali Məhkəmədə regional məhkəmələrin yaradılması mövzusuna həsr olunmuş toplantı keçirilib

Cəmiyyət Materials 3 Fevral 2006 17:29 (UTC +04:00)

Fevralın 3-də Azərbaycan Respublikası Ali Məhkəməsində Ali Məhkəmədə regional məhkəmələrin yaradılması mövzusuna həsr olunmuş toplantı keçirilib. Trend xəbər verir ki, bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Prezident İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsinə dair verdiyi fərmanı yüksək qiymətləndirib. O, qeyd edib ki, bu fərmanla regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüqüq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılığına səbəb olan sui-istifadə və süründürməçilik hallarının aradan qaldırılması nəzərdə tutulur.

Məhkəmə sədri artıq Bakı, Gəncə, Sumqayıt, Şəki və Əli Bayramlı şəhərlərində Apellyasiya məhkəmələrinin, Naxçıvan şəhərində Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin, Bakıda 2 saylı, Sumqayıtda və Şəkidə yerli iqtisad məhkəmələrinin yaradıldığını söyləyib.

Tədbirdə həmçinin qeyd olunub ki, həmin məhkəmələrin təşkili regionlarda yaşayan vətəndaşların yaşayış yerlərinə yaxın məhkəmələrə müraciət etmələrinə şərait yaradacaq.

Toplantıda çıxış edənlər vurğulayıblar ki, bu fərman təkcə məhkəmələrin işini deyil, həmçinin regionlarda olan idarə, təşkilat və müəssisələrin, hüquq müdafiəçilərinin işini də xeyli yüngülləşdirəcək.

Xəbər lenti

Xəbər lenti