...

Azərbaycanın futbol yığması Ukrayna ilə iki matç keçirəcək

Cəmiyyət Materials 4 Fevral 2006 12:32 (UTC +04:00)

AFFA Ukrayna Futbol Federasiyası (UFF) ilə avqustun 16-da hər iki ölkənin yığmaları arasında yoldaşlıq matçının keçirilməsi barədə razılığa gəlib.

Azərbaycanın milli komandasının baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi məlumata görə, 6 ay ərzində onun yetirmələri Avropa çempionatının finalçıları ilə iki dəfə görüşəcək. "Birinci görüş martın əvvəlində Bakıda keçiriləcək və Avro-2008-in seçmə turniri ərəfəsində Kiyevdə komandamızdakı irəliləyişləri görmək çox maraqlı olacaq", - deyə mütəxəssis qeyd edib.

Ş.Diniyev onu da nəzərə çatdırıb ki, ukraynalılarla görüşdən başqa komanda qitə birinciliyinin təsnfat mərhələsi ərəfəsində daha 4 görüş keçirməlidir.

Xəbər lenti

Xəbər lenti