...

Əflatun Amaşov: "Qəzetlərin nəşriyyata borcu məsələsinin həlli ilə bağlı prezidentin addım atacağına ümid edirəm"

Cəmiyyət Materials 4 Fevral 2006 12:51 (UTC +04:00)

"Mən ümid edirəm ki, prezident İlham Əliyev ölkədə mətbuatın, söz azadlığının inkişafına yardım məqsədilə qəzetlərin hazırda nəşriyyata olan borc probleminin həlli istiqamətində addım atacaq". Bu fikirləri Trend ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O bildirib ki, hazırda 170-ə yaxın qəzetin "Azərbaycan" Nəşriyyatına ümumilikdə 2 milyard manata yaxın borcu var. Həmin borc 2001-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə dondurulmuşdu. Həmin müddət 2006-cı ilin yanvar ayında başa çatıb. Ə.Amaşov qəzetlərin "Azərbaycan" Nəşriyyatına borcu məsələsi ilə bağlı Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşdüyünü deyib. O, görüşdə Əli Həsənovu Mətbuat Şurasının təklifləri ilə tanış edib. Təkliflər borcların yenidən uzun müddətə dondurulması, yaxud onların yenə də uzun müddətə hissə-hissə ödənilməsi və ya dövlətin mətbuata qayğısı kimi tamamilə silinməsindən ibarətdir. Mətbuat Şurası sədrinin sözlərinə görə, yaxın günlərdə prezident İlham Əliyev qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcu məsələsi ilə bağlı sərəncam imzalayacaq.

Xəbər lenti

Xəbər lenti