...

Təhsil nazirliyi ucqar kənd məktəblərində işləyən müəllimlərə güzəştlərin üçqat artırılması ilə bağlı təklifləri hökumətə təqdim edib

Cəmiyyət Materials 6 Fevral 2006 13:42 (UTC +04:00)

Azərbaycanın Təhsil nazirliyi ucqar kənd məktəblərində işləyən müəllimlərə güzəştlərin üçqat artırılması ilə bağlı təklifləri hökumətə təqdim edib. Bu barədə Trend ə təhsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, nazirlik artıq bu təklifləri ölkənin maliyyə nazirliyinə təqdim edib və nazirlik tərəfindən onlar bəyənilib. "Əgər güzəştlər artırılsa, biz "Kadr təminatı proqramı"nı reallaşdıra biləcəyik", - deyə nazir qeyd edib. O bildirib ki, 2005-ci ildə bir sıra səbəblərlə əlaqədar bu proqramı həyata keçirmək mümkün olmayıb. Nazirlik bu məktəblərə 1308 müəllim göndərməyi planlaşdırsa da, onların sayı 945 nəfər olub. Yeni təkliflərdə bu kateqoriyadan olan müəllimlərin əmək haqlarının üçqat artırılması, onlara torpaq sahələrinin verilməsi, mənzillə təmin olunması və s. nəzərdə tutulur.

M.Mərdanov onu da vurğulayıb ki, 2006-cı ildə bütün müəllimlərin əmək haqlarının artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti