...

Azərbaycanın Təhsil Nazirliyi ali məktəblərin kreditləşməsi prosesinə başlayıb

Cəmiyyət Materials 6 Fevral 2006 14:26 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi ali məktəblərin kreditləşdirilməsi prosesinə başlayıb. Bu barədə Trend ə Azərbaycanın təhlsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin və Xarici Dillər Universitetinin kreditləşdirilməsi prosesi gedir.

Nazir bunun uzun və kifayət qədər ağır proses olduğunu bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi Nazirlik bu universitetlərdə monitorinq keçirmək niyətindədir.

Xatırladaq ki, ali məktəblərin kreditləşdirilməsi Azərbaycanın ötən il qoşulduğu Boloniya prosesinin tələblərindən biridir.

Xəbər lenti

Xəbər lenti