...

Düşmənə hərbi sirlər satmış hərbi hissə və bölük komandirlərinin məhkəməsi başa çatıb

Cəmiyyət Materials 6 Fevral 2006 17:30 (UTC +04:00)

Fevralın 6-da Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə hərbi Məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə Tovuzdakı N saylı hərbi hissənin komandiri Rəhim Məmmədşərifovun və həmin hərbi hissənin bölük komandiri Rüfət Bədirxanovun məhkəməsi başa çatıb. Bu barədə Trend ə hakim Mehdi Əsədov məlumat verib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, həmin hərbi hissənin sıravi əsgəri Zaur Veyisov ermənilər tərəfindən ələ alınıb. O, ermənilərdən aldığı 1000 ABŞ dollarını komandirlərlə bölüşüb və bunun müqabilində Azərbaycanın silahlı qüvvələri, hərbi hissədəki silah anbarı və s. barədə düşmənə əhəmiyyətli sirlər açıqlayıb.

Komandirlər rüşvəti aldıqdan sonra cinayətin izini azdırmaq üçün əsgəri başqa hərbi hissəyə köçürüb. Lakin buna baxmayaraq 2005-ci ilin aprel ayında xüsusi xidmət orqanları onların cinayət əməllərinin üstünü açıb.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri və digər dəlillərlə ittihamlar sübuta yetirilib. Məhkəmənin hökmü ilə Rüfət Bədirxanov 6, Rəhim Məmmədşərifov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti