...

Fevralın 16-da "Muğam" Teatrında müğənni Anatolu Qəniyevin yaradıcılıq gecəsi keçiriləcək

Cəmiyyət Materials 7 Fevral 2006 16:06 (UTC +04:00)

Fevralın 16-da "Muğam" Teatrında müğənni Anatolu Qəniyevin yaradıcılıq gecəsi keçiriləcək. Teatrdan Trend agentliyinə verilən məlumatda bildirilir ki, tədbirdə bəstəkar Arif Məlikov, aktyorlar Səyavuş Aslan, Yaşar Nuri və başqalarının iştirakı gözlənilir. Yaradıcılıq gecəsinə həmçinin A.Qəniyevin sənət yoldaşları da dəvət olunub. Əlibaba Məmmədov, Lütviyar İmanov, Oqtay Ağayev, Natəvan Şeyxova, Mübariz Tağıyev kimi tanınmış sənətkarlar həmin gecədə iştirak edəcək.

Xatırladaq ki, bəstəkar və xalq mahnılarının ifaçısı Anatolu Qəniyev cavan yaşlarında dünyadan köçüb. Qeyd edək ki, müğənninin yaradıcılıq gecəsində oğlu Heydər Anatolu da öz nəğmələri ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti