...

Şəhriyar Məmmədyarov "Aeroflot Open" turnirinin iştirakçıları arasında yüksək reytinqə malikdir

Cəmiyyət Materials 7 Fevral 2006 16:42 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov fevralın 7-də Moskvada başlayacaq "Aeroflot Open" ənənəvi turnirinin əsas favoritlərindən biri hesab olunur.

Trend bildirir ki, gənclər arasında dünya birinciliyinin qalibi yarışın bütün iştirakçıları arasında daha yüksək reytinqə malikdir. Xüsusilə, bu göstəriciyə əsasən, FİDE-nin təsnifatında on beşinci yerdə qərar tutan idmançı ermənistanlı Vladimir Akopyanı geridə qoyur. Fəxri kürsüdə onunla rəqabəti yəqin ki, FİDE-nin keçmiş dünya çempionu Aleksandr Xalifman, olimpiya çempionları - ukraynalı Aleksandr Moiseyenko və Pavel Elyanov, alman Arkadi Naydiç, braziliyalı Covani Veskovi və digər bir çox yüksək dərəcəli qrossmeysterlər aparacaq.

Xəbər lenti

Xəbər lenti