...

Məhkəmə Hüquq Şurasının fevralın sonuna planlaşdırılan iclasında daha 4 hakimin intizam icraatı məsələsinə baxılacaq

Cəmiyyət Materials 8 Fevral 2006 14:07 (UTC +04:00)

Məhkəmə Hüquq Şurasının fevralın sonuna planlaşdırılan iclasında daha 4 məhkəmə hakiminin intizam icraatı məsələsinə baxılacaq. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

"Həmin hakimlər Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimləri Həsən Əhmədov və Azər Orucov, o cümlədən Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin hakimi Liliya Mavrina və Apellyaisya Məhkəməsinin kollegiya sədri Asif Allahverdiyevdir. Adları çəkilən hakimlər tərəfindən çıxarılmış hökm və qərarlarda kobud qanun pozuntuları aşkar edilib. Həmçinin araşdırma zamanı bəlli olub ki, onların çıxardıqları bir sıra hökmlər təqsirləndirilən şəxslərin törətdiyi cinayətlərinə və şəxsiyyətlərinə uyğun olmadığı üçün yuxarı məhkəmə instansiyaları tərəfindən ləğv olunub, yaxud da dəyişdirilib", - deyə C.Hüseynov bildirib.

Aparat rəhbəri onu da qeyd edib ki, Məhkəmə Hüquq Şurasının iclasında həmin intizam icraatları ilə əlaqədar müzakirə aparılacaq və müvafiq qərarlar çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti