...

Azərbaycanda quş qripi aşkar olunub

Cəmiyyət Materials 10 Fevral 2006 11:23 (UTC +04:00)

Azərbaycanda "quş qripi" virusu aşkar olunub. Bu, Xəzər dənizinin sahillərində keçirilən monitorinqlər zamanı toplanan quş cəmdəkləri və qan analizləri əsasında Londonda aparılan laboratoriya tədqiqatları nəticəsində məlum olub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend ə verilən məlumata görə, analizlərin nəticələri Kənd Təsərrüfatı və Səhiyyə Nazirliklərinə fevralın 9-da məlum olub.

Bununla əlaqədar, hazırda Baytarlıq Xidməti yerlərdə epidemioloji nəzarət gücləndirilib və kompleks epizootik tədbirlər keçirilir.

Səhiyyə və Kənd Təsərrüfatı Nazirlikləri əhalini daha ayıq olmağa, vəhşi quşlarla təmasda olmamağa, ayrıca qapalı yerdə saxlanılmalı olan ev quşların tələf olma hallarının aşkara çıxdığı halda mütləq yerli baytarlıq xidmətlərinə müraciət etməyə çağırır.

"Hazırda ölkədə adamlar arasında bu virusa yoluxma halı müşahidə olunmayıb", - deyə Xidmətdən bildirilib.

Xəbər lenti

Xəbər lenti