...

Mirkamil Rəhimov qış Olimpiya oyunlarında Azərbaycan yığmasının bayraqdarı olacaq

Cəmiyyət Materials 10 Fevral 2006 16:19 (UTC +04:00)

Azərbaycan yığmasının nümayəndə heyətinin rəhbəri Mirkamil Rəhimov Turindəki Olimpiya oyunlarında komandanın bayraqdarı olacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Raqif Abbasovun Trend ə verdiyi məlumata görə, məhz şef-demissiyon fevralın 10-da qış Olimpiya oyunlarının açılışı mərasimində dövləti bayrağını daşıyacaq. "M.Rəhimovun xekyrinə olan bu seçim sadə bir səbəb üzündən edilib. Axı o, əsil azərbaücanlıdır. Həm də Turindəki komandanı yalnız Kristin Freyzer - İqor Lukanindən ibarət rəqs cütlüyü təmsil edəcək. Ona görə də Mirkamil müəllimin namizədliyi məntiqidir", - deyə R.Abbasov bildirib.

Xatırladaq ki, ən az saylı komandalardan biri olan Azərbaycan yığması artıq özünün 3-cü Ağ Oyunlarında iştirak edir.

Xəbər lenti

Xəbər lenti