...

"İnter" yeni futbolçularla bağlı məsələni həll edir

Cəmiyyət Materials 10 Fevral 2006 17:39 (UTC +04:00)

"İnter" futbol üzrə ölkə çempionatının transfer fasiləsinin başa çatmasınadək öz tərkibinə 8 yeni futbolçu daxil etmək niyyətindədir.

Komandanın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, ən yaxın vaxtlarda qapıçı Oleq Ostapenko, müdafiəçi İqor Sirenko, yarımmüdafiəçi Sergey Konovalov, forvard Samir Əliyev və digər oyunçuların nailiyyətləri ilə bağlı məsələlər tamamilə nizama salınmalıdır. "Hazırda komanda rəhbərliyi bütün problemləri nizama salmaqla məşğuldur ki, bundan sonra da oyunçuların qeydiyyat sənədlərini AFFA-ya göndərmək mümkün olacaq. Buna görə də hüquqi baxımdan futbolçular milli çempionatda yalnız Assosiasiya tərəfindən qeydiyyata alındıqdan sonra çıxış edə biləcək", - deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, ölkə çempionatının birinci dövrəsinin yekunları üzrə bankirlər turnir cədvəlində ikinci yerdədir.

Xəbər lenti

Xəbər lenti