...

Azərbaycanın ombudsmanı Qazanda keçiriləcək beynəlxalq seminarda iştirak edəcək

Cəmiyyət Materials 10 Fevral 2006 20:11 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova fevralın 22-23-də Qazanda "Din və insan hüquqları" mövzusunda keçiriləcək beynəlxalq seminarda iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatında bildirilib.

Tədbirdə E.Süleymanova bir sıra Avropa ölkələrinin KİV-də İslam dininə qarşı yönəlmiş təbliğatın, karikaturaların etik nomalara, əxlaq prinsiplərinə sığmaması, mənəvi dəyərlərə, dinlərarası münasibətlərə zərbə olması ilə bağlı çıxış edəcək. E. Sülemaynova xüsusilə qeyd edəcək ki, belə nəşrlər dinlərə etiqad edən xalqlar arasında nifaq yarada bilər.

Qeyd edək ki, seminarda Avropa Şurasının İnsan Hüquqları üzrə hazırda fəaliyyətdə olan Komissarı Alvaro Hill Roblesin də iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti