...

İsveçdəki Azərbaycan Federasiyası bu ölkənin baş nazirinə müraciət ünvanlayıb

Cəmiyyət Materials 13 Fevral 2006 13:38 (UTC +04:00)

İsveç-Azərbaycan Federasiyası işğalçı Ermənistanın prezidenti Robert Koçaryanın İsveçə səfəri ilə əlaqədar bu ölkənin baş naziri Goran Persona müraciət ünvanlayıb. Bu barədə Trend ə Federasiyanın sədri Əli Mollazadə məlumat verib.

Baş nazirə müraciətdə Robert Koçaryanın müharibə cinayətkarı olduğu, Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunmasında, minlərlə insanın qətlə yetirilməsində, soyqırıma məruz qalmasında iştirak etdiyi bildirilir. 1991-ci ildən başlanan erməni təcavüzünün ağır nəticələri, Ermənistanın BMT-nin və digər beynəlxalq təşkilatların qətnamə və tövsiyələrinə məhəl qoymaması, sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutması barədə məlumat verilir.

"İsveç dövləti Avropa Birliyi, ATƏT və BMT-nin üzvü kimi Ermənistandan Azərbaycan ərazilərini işğal etməyə son qoymasını, qaçqınların öz yurdlarına qayıtmasına şərait yaratmasını tələb etməlidir. Münaqişənin sülh yolu ilə həll olunması cəhdlərində Azərbaycanın, beynəlxalq ictimaiyyətin, xüsusilə İsveçin köməyinə ehtiyac var. Əks halda, bu münaqişə viranedici fəlakətlər gətirə bilər. Biz ümid edirik ki, Siz, insan və ümumxalq haqlarını qatil və canilərin maraqlarından üstün tutacaqsınız"-deyə müraciətdə vurğulanır.

Xəbər lenti

Xəbər lenti