...

Artur Lenk: Azərbaycan çoxmillətli olması ilə fərqlənir

Cəmiyyət Materials 13 Fevral 2006 17:08 (UTC +04:00)

Azərbaycan çoxmillətli, bütün dinlərin nümayəndələrinə qarşı tolerant olması, habelə son vaxtlar dünya mətbuatının çox yazdığı "sivilizasiyalar arasındakı qarşıdurma"nın olmaması ilə fərqlənir. Trend bildirir ki, fevralın 13-də jurnalistlərlə söhbətində İsrailin Azərbaycandakı səfiri Artur Lenk bu barədə bəyan edib.

Diplomat qeyd edib ki, hər bir hadisə və ya hərəkət dinlərarası qarşıdurma nöqteyi nəzərindən yox, hüquqi prizmada başa düşülməlidir.

Jurnalistlərin xahişi ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan son danışıqların yekunlarını şərh edərkən A.Lenk qeyd edib ki, münaqişənin sülh yolu ilə nizama salınması üçün hələ tərəflərin imkanı vardır və bu, nəinki regional əməkdaşlığı, həmçinin Azərbaycan-İsrail əməkdaşlığını da inkişaf etdirməyə imkan verəcək.

Sonda diplomat Tehran nümayəndələrinin İsrailə qarşı "İran təkcə İsrail üçün yox, həm də bütün dünya birliyi üçün təhlükəlidir" kimi bəyannaməsini şərh edib. A.Lenkin sözlərinə görə, MAQATE-nin İran dosyesinin BMT-yə verilməsi ilə bağlı mövqeyi çox düzgündür, dünya birliyi isə bununla bağlı öz kəskin qiymətini verməlidir.

Xəbər lenti

Xəbər lenti