...

Bu ilin mart və may aylarında Azərbaycanın 7 ali və orta təhsil müəssisəsində attestasiya keçiriləcək

Cəmiyyət Materials 14 Fevral 2006 13:05 (UTC +04:00)

Bu ilin mart və may aylarında Azərbaycanın 7 ali və orta təhsil müəssisəsində attestasiya keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Attestasiya Təhsil Nazirliyi tərəfindən təsdiqlənən Azərbaycanın ali və orta təhsil müəssisələrində attestasiya akkreditasiya haqqında qrafikə müvafiq olaraq keçiriləcək. Nazirlikdən verilən məlumata görə, martda attestasiya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan Beynəlxalq Universitetində, Bakı Pedaqoji Məktəbəqədər Texnikumda və Bərdə Dövlət İdarəetmə və Texnologiyalar Kollecində keçiriləcək. Apreldə attestasiya Bakı Ali Pedoqoji Qızlar Universitetində və Bakı Dövlət Universitetində, mayda isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecində keçiriləcək.

Xatırladaq ki, 2005-ci ildə attestasiya Azərbaycan Dövlət Pedaqoji Kollecində, Odlar Yurdu Universitetdə və Azərbaycan Milli Aviasiya Akademiyasında keçirilib.

Xəbər lenti

Xəbər lenti