...

Azərbaycanın Ekologiya Nazirliyi gücləndirilmiş iş rejiminə keçib

Cəmiyyət Materials 14 Fevral 2006 18:26 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyi ölkədə "quş qripi" yayılmasının qarşısının alınması çərçivəsində gücləndirilmiş iş rejiminə keçib. Nazirlikdən Trend ə verilən məlumata görə, Nazirliyin əməkdaşları tərəfindən ardıcıl olaraq müvafiq reydlər aparılır.

Nazirlikdən bildirilib ki, bütün ölkə ərazisində 5-10 nəfərdən ibarət işçi qruplar yaradılıb. Onlar milli parklarda iş aparırlar. Quş cəmdəyi aşkar edən kimi yerində nümunə götürür və profilaktik normalar gözlənilməklə cəmdəklər yandırılır, ərazi dezinfeksiya edilir.

Keçirilən 7 monitorinq zamanı 2200 quşdan nümunə götürülüb və bu zaman ötən ayın 16-dan indiyə kimi minə yaxın iquşun öldüyü aşkar edilib.

Ekologiya Nazirliyindən həmçinin, bildirilib ki, Nazirliyin rəhbəri Hüseyn Bağırovun sərəncamına əsasən, işçi qrup yaradılıb. Bu qrup quşların miqrasiyası üzrə xəritədə bu istiqamətdə son vaxtlar bir sıra dəyişikliklərin müşahidə olunması səbəbirndən əlavələr və dəyişikliklər üzərində işləyir. "Artıq uzun müddət idi ki miqrasiya xəritəsində hər hansı bir dəyişiklik edilməmişdi və dəyişikliklər pis hava şəraiti ilə əlaqələndirmək olar", - deyə dövlət strukturundan bildiriblər.

Xəbər lenti

Xəbər lenti