...

"Tomis" ilə oyun ərəfəsində ABU travma epidemiyası ilə üzləşib

Cəmiyyət Materials 14 Fevral 2006 18:34 (UTC +04:00)

Qadınlardan ibarət ABU həndbol klubu "Challenge Cup" oyunlarının 1/8 finalında fevralın 18-19-da Bakıda Rumıniyanın "Tomis" komandasına qarşı keçirəcəyi görüş ərəfəsində kadr problemləri ilə üzləşib.

Komandanın baş məşqçisi Rəfiqə Şabanova Trend ə bəyan edib ki, oyunda Səkinət Abbasova və İnna Snejina iştirak edə bilməyəcək, çünki onlar bu yaxınlarda ayaq əməliyyatı keçirib. Meydançaya komandanın lideri Marina Tankaskaya da çıxa bilməyəcək, o, ağır zədə alıb. Qalan həndbolçular isə qripə yoluxub, beləliklə, onların "Tomis"lə görüşü də çox gərgin olacaq. Üstəlik ABU-da aparıcı oyunçuları əvəz etmək üçün geniş ehtiyat tərkibi də yoxdur və bu, vəziyyəti daha da gərginləşdirir. Amma R.Şabanova ümid edir ki, rumınlarla görüş başlananadək idmançıların əksəriyyəti sağalacaq və oynaya biləcək.

Xəbər lenti

Xəbər lenti