...

Namiq Abdullayevin yığmada gələcəyi onun hazırlığından asılıdır

Cəmiyyət Materials 15 Fevral 2006 11:49 (UTC +04:00)

Sidney Olimpiadasının sərbəst güləş üzrə çempionu Namiq Abdullayevin yığmada gələcəyi onun hazırlığından asılıdır.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi məlumata görə, idmançının komandada iştirakı ilə bağlı məsələ qaranlıqdır. "Şübhəsiz ki, beynəlxalq turnirlərdə Namiqin özünü göstərmək şansı var. Lakin onun gələcəyi öz əlindədir. İdmançının kollektivdə çıxışı onun kondisiyalarından asılıdır", - deyə C.Qurbanov qeyd edib. Vitse-prezidentin sözlərinə görə, Olimpiya çempionu məşqləri davam etdirir və yığmaya hələ də lazım ola bilər.

Xatırladaq ki, bu yaxınlarda Krasnoyarskda İvan Yarıginin xatirəsinə həsr olunmuş turnirdə N.Abdullayev məğlub olmuşdur.

Xəbər lenti

Xəbər lenti