...

Ağasəlim Mircavadov: "Təqvimə dəyişikliyin edlilməsi "Neftçi" üçün böyük problemlər yaratmayacaq"

Cəmiyyət Materials 15 Fevral 2006 14:31 (UTC +04:00)

"Futbol üzrə ölkə çempionatının təqviminə dəyişikliyin edilməsi "Neftçi" üçün böyük problemlər yaratmayacaq". Bakılıların baş məşqçisi Ağasəlim Mircavadov Azərbaycan-Ukrayna yoldaşlıq oyunu ilə əlaqədar milli birinciliyin cədvəlinə edilmiş dəyişikliyi Trend ə belə şərh edib.

Məşqçi hesab edir ki, məhsuldar məşqlərdən sonra onun yetirmələrinin uğurlu oyun keçirmək üçün kifayət qədər gücü və imkanları var. "AFFA" yığmanın ehtiyaclarını nəzərə alaraq təqvimdə dəyişiklik edib və biz bunu gözəl başa düşürük. Lakin əgər Assosiasiya gələcəkdə də təqvimə düzəlişlər etsə, bu, bizim oyunumuza güclü təsir göstərə bilər" - deyə mütəxəssis vurğulayıb.

Hazırda A.Mircavadovu daha çox yığmanın tərkibi ilə bağlı problemlər narahat edir. Belə ki, Zaur Tağızadə və Rəşad Sadıqovun aldığı zədələr hələ də sağalmayıb.

Xəbər lenti

Xəbər lenti