...

Ombudsman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanılma təcridxanasına baxış keçirib

Cəmiyyət Materials 15 Fevral 2006 20:02 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova fevralın 15-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanılma təcridxanasına baxış keçirib və saxlanılan şəxslərlə görüşüb. Bu barədə Trend ə Ombudsman aparatının mətbuat xidmətindən bildiriblər.

E.Süleymanova yanvarın 25-də Nardaranda baş verən hadisələrlə bağlı təqsirli bilinərək fevralın 7-də həbs olunan 7 Nardaran sakini ilə də görüşüb. Söhbət zamanı saxlanılan şəxslər saxlanıldıqları müddət ərzində onlara qarşı zorakılığa, insan ləyaqətini alçaldan kobud rəftara yol verilmədiyini, saxlanılan şəraitdən şikayətlərinin olmadığını, dindarların ibadət etməsi üçün şəraitin yaradıldığını, lazımi qida və tibbi xidmətlə təmin olunduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti