...

Azərbaycanın Yunan-roma döyüş növü üzrə yığması Türkiyəyə yola düşür

Cəmiyyət Materials 16 Fevral 2006 13:10 (UTC +04:00)

Azərbaycanın Yunan-roma döyüş növü üzrə yığması fevralın 18-də Türkiyədə start veriləcək Əmrə Vəhbinin xatirəsinə həsr olunmuş iri beynəlxalq turnirdə iştirak edəcək.

Milli Federasiyanın baş katibi Mətləb Həsənovun Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə Rövşən Bayramov və Namiq Eyvazov (hər ikisi 55 kq), Fuad Əliyev (60 kq), Elbrus Məmmədov və Həbib Yusifzadə (hər ikisi 66 kq), Elvin Mürsəliyev (74 kq), Rüstəm Əliyev (84 kq), Cəlal Bahadurov (96 kq) və Abbas Atakişiyev daxildir. Məşqçilər qərargahı məsuliyyətli yarışlar ərəfəsində bu idmançılardan ibarət tərkibi yoxlamaq qərarına gəlib. Bundan başqa Fəridə Mənsurova və Vitali Rəhimovun zədələri hələ sağalmayıb və onlar xalça üzərinə mart ayından tez çıxa bilməyəcək.

Xəbər lenti

Xəbər lenti