...

SİDA və Azərbaycanın Ombudsman aparatı birgə layihənin ikinci mərhələsinin gerçəkləşdirilməsinə başlayır

Cəmiyyət Materials 16 Fevral 2006 13:38 (UTC +04:00)

İsveçin Beynəlxalq əməkdaşlıq və inkişaf agentliyi (SİDA) və Azərbaycanın Ombudsman aparatı 2005-2007-ci illəri əhatə edən birgə layihənin 2-ci mərhələsini həyata keçirməyə başlayır. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Layihədə insan hüquqlarının qorunması sahəsində Azərbaycan ombudsman institutunun imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur. Bu günlərdə E.Süeymanova layihənin koordinatoru, R.Vallenberq adına İnsan hüquqları institutunun əməkdaşı Cenni Svedberqlə görüşüb və layihənin 2-ci mərhələsinin məqsədlərini müzakirə edib. Bu mərhələ çərçivəsində ombudsman aparatı əməkdaşları üçün müxtəlif treninqlərin keçirilməsi, cəmiyyətin maarifləndirilməsi üzrə kampaniyaların təşkili və hüquqi yardımın göstərilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində hüquqa dair ədəbiyyatın, nomativ-hüquqi aktların nəşri, İngilis dilində kitabların Azərbaycan dilinə tərcüməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti