...

Yelena Parxomenko: Udulan bir partiya Bakıdakı görüşlərin əlverişli sona çatacağına ümid verir

Cəmiyyət Materials 16 Fevral 2006 16:14 (UTC +04:00)

"Berqamoda udulan bir partiya bir həftədən sonra Bakıda keçiriləcək qarşıdurmanın uğurla nəticələnəcəyinə ümid verir". Bu barədə Trend ə "AzərReyl" klubunun voleybolçusu Yelena Parxomenko "Foppapedretti" ilə ilk dörddəbir final matçında məğlubiyyətdən sonra bəyan edib.

Onun sözlərinə görə, uğurla başa çatan birinci setdən sonra komanda səhvlər buraxmağa başlayıb və təcrübəli ev sahibləri bundan istifadə etməyə başlayıblar. "Biz görüşün gedişini dəyişməyə çalışsaq da, italiyalı qızlar artıq oyunu ələ almışdılar. Görüş üzərində nəzarəti ələ almaq asan deyildi. Baxmayaraq ki, bizim ən azı bir partiyanı da udmaq şansımız var idi", - deyə o qeyd edib. Y.Parxomenko bildirib ki, "Foppapedretti"nin qüvvətli komanda olmasına baxmayaraq qalib gəlmək mümkün idi və "AzərReyl" öz məqsədinə doğma divarlar arasında nail olmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti