...

Teymur Rəcəbov Linares turnirinin iştirakçıları arasında 7-ci yerdədir

Cəmiyyət Materials 16 Fevral 2006 17:27 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov fevralın 18-də başlayacaq ənənəvi Linares turnirinin iştirakçıları arasında 7-ci yerdədir.

Trend in xəbər verdiyi kimi, xalların sayına görə Avropa birinciliyinin gümüş mükafatçısı yalnız FİDE-nin sonuncu cədvəlində 54-cü yerdə qərarlaşmış Fransisko Valyexonu qabaqlayır. Yarışın favoriti isə bu yaxınlarda Hollandiyada keçirilmiş Veyk-An-Zee nüfuzlu turnirinin qalibi, dünya çempionu Veselin Topalov hesab olunur. Turnirdə, həmçinin, Peter Leko, Vasili İvançuk, Etyen Bakro, Pyotr Svidler və Levon Aronyan da çıxış edir.

Qeyd etmək lazımdır ki, yarışların birinci dövrəsi İspaniyanın Moreliya şəhərində, turnirin həlledici hissəsi isə Linaresdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti