...

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinə yeni sədr seçilib

Cəmiyyət Materials 17 Fevral 2006 15:34 (UTC +04:00)

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin seçki-hesabat konfransında təşkilata yeni sədr seçilib. Trend xəbər verir ki, bu barədə Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidmətindən məlumat verib.

Təşkilatın rəhbərliyinə seçilməklə bağlı müzakirə aparılarkən Birliyin əvvəlki sədri Nadir Adilov seçkidə iştirak etməkdən imtina edib. Həmin vəzifəyə onun müavini Ramil İskəndərovun namizədliyi irəli sürülüb. Onun namizədliyi yekdilliklə dəstəklənib.

Nadir Adilovsa öz fəaliyyətini Avrasiya Hüquqşünaslar Assosiasiyasına rəhbərlik etməklə və Mərkəzi Seçki Komissiyasnıda əvəzedici üzv olmaqla davam etdirəcək. Eyni zamanda o, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin İdarə Heyətinin üzvü seçilib.

Gənc Hüquqşünaslar Birliyinin yeni rəhbəri Ramil İskəndərovun bildirdiyinə görə, mart ayının ortalarında Birliyin inkişafında müstəsna xidmətləri olmuş şəxslərin və kütləvi informasiya vasitələrinin təltif olunmasına həsr olunmuş mərasim keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti