...

"Vektor" Beynəlxalq Elm Mərkəzi turk ədəbiyyatçilarini fəxri doktor diplomlari ilə mükafatlandirib

Cəmiyyət Materials 17 Fevral 2006 17:15 (UTC +04:00)

"Vektor" Beynəlxalq Elm Mərkəzində hər il ənənəvi olaraq keçirilən fəxri professor adlarının verilməsi mərasimi bu il də baş tutdu. Türk mədəniyyətinin inkişaf etməsində və folklorunun araşdırılmasında çoxsaylı fəaliyyətinə görə, Türkiyə - Azərbaycan əlaqələrinin inkişafında oynadığı rola görə türk ədəbiyyatının və mədəniyyətinin gərkəmli simaları diplomlarla təltif olunublar.

"Vektor" Beynəlxalq Elm Mərkəzinin prezidenti Elçin İsgəndərzadə Trend ə açıqlamasında bildirib ki, fəxri diplomlara layiq görülən türk ziyalıları Nail Tan, Türkiyə mətbuatının kralı kimi tanınan İsa Kayacan, Xeyrəddin İvgin və Mətin Turandır. Qeyd edək ki, diplomların təqdim olunduğu tədbirdə "Vektor" Nəşrlər Evində çapdan çıxan kitablar da nümayiş olunub.

Elçin İsgəndərzadənin sözlərinə görə, bu nəşrlər evində işıq üzü görən kitabların sayı artıq 250-ni ötüb.

Xəbər lenti

Xəbər lenti