...

Lori Bristou: Biz şadıq ki, Böyük Britaniya qəzetlərindən heç biri bu cür karikaturaları dərc etməyib

Cəmiyyət Materials 17 Fevral 2006 20:26 (UTC +04:00)

Biz sevinirik ki, Böyük Britaniya qəzetlərindən heç biri Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etməyib. Trend Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, fevralın 17-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou dövlət komitəsinin sədri Rafiq Əliyevlə görüşdə bu barədə bəyan edib.

Səfir L. Bristou Avropanın bir sıra ölkələrinin qəzetlərində Məhəmməd Peyğəmbərin karikaturalarının dərc olunması ilə bağlı təəssüfünü bildirib və Azərbaycan cəmiyyətinin bu məsələ ilə əlaqədar etirazının sivil xarakter daşıdığını da "pozitiv fakt" kimi qiymətləndirib. "Böyük Britaniya və Azərbaycan son zamanlar baş verən hadisələrdən kənarda qala bilməyib"-deyə L. Bristou qeyd edib və bildirib ki, İran, Suriya və İndoneziya müsəlmanlarının reaksiyası Şərqlə Qərb arasında dialoqun zəruri olduğunu bir daha sübut edir.

"Bizi həm İslamın Qərbdə, həm də Qərbin müsəlman dünyasındakı imici maraqlandırır" -deyə diplomat qeyd edib.

Görüşdə müasir Azərbaycan cəmiyyətində dinin rolu, eləcə də qloballaşmış dünyada müsəlman ölkələrinin tutduğu mövqe ilə bağlı fikir mübadiləsi aparılıb.

Öz növbəsində R. Əliyev qeyd edib ki, həm Qərb, həm də Şərq ayrı-ayrılıqda inkişafın mümkün olmayacağını dərk etməlidir.

Xəbər lenti

Xəbər lenti