...

Azərbaycan fiqurçuları Turində qısa proqramın nəticələrinə görə iyirmincidir

Cəmiyyət Materials 18 Fevral 2006 11:13 (UTC +04:00)

Azərbaycanın Kristin-Freyzer-İqor Lukanin rəqc cütlüyü Turin Olimpiadasında qısa proqramın nəticələrinə görə iyirmincidir.

Trend in xəbər verdiyi kimi, cütlüyün çıxışı hakimlər tərəfindən 27,27 balla qiymətləndirilib. Bu göstərici onlara Polşa, Ukrayna, Ermənistan və İsraildən olan idmançıları qabaqlamağa imkan verib. Lakin onluqda yer uğrunda mübarizə aparmaq cütlük üçün çətin olacaq. Hazırda yarımqrupda Barbara Fuzar Poli və Maurisio Marqaqlio cütlüyü liderlik edir. Onlar hələlik Rusiydan olan əsas favoritləri, Tatyana Navka-Roman Kostomarov cütlüyünü geridə qoyur.

Qeyd etmək lazımdır ki, fevralın 18-də yarış iştirakçıları original rəqs nümayiş etdirəcək.

Xəbər lenti

Xəbər lenti