...

Azərbaycanın futbol yığması 23 fevralda Ukraynaya qarşı keçiriləcək oyuna hazırlığa başlayacaq

Cəmiyyət Materials 18 Fevral 2006 11:54 (UTC +04:00)

Azərbaycanın futbol yığması 23 fevralda Ukrayna ilə keçiriləcək yoldaşlıq oyununa birbaşa hazırlığa başlayacaq.

Milli komandanın baş məşqçisi Şahin Diniyev Trend ə bildirib ki, futbolçular fevralın 21-22-də ölkə birinciliyinin on altıncı turu başa çatdıqdan dərhal sonra bazaya gələcəklər. "Ukraynalılarla görüş ərəfəsində adaptasiya üçün daha bir neçə günün olmasını istərdik, amma klublar öz oyunçularını təyin edilmiş vaxtdan tez buraxmağa razı olmayıb. Onları da başa düşmək olar, çünki onlar medal uğrunda mübarizə aparır və məşqçiləri ölkə çempionatının nəticələri narahat edir" -deyə Ş.Diniyev vurğulayıb.

Xatırladaq ki, Almaniyada gələn dünya çempionatının finalçıları ilə oyun məşqçinin Azərbaycan yığmasının baş məşqçisi kimi keçirəcəyi ilk oyun olacaq.

Xəbər lenti

Xəbər lenti