...

Şahin Diniyev Ukrayna ilə keçiriləcək matçın tərkibini elan edib

Cəmiyyət Materials 20 Fevral 2006 14:40 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev fevralın 28-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq matçının tərkibini müəyyən edib.

Trend ə verilən məlumata görə, mütəxəssisin seçdiyi iyirmi oyunçudan 6-sı heç vax yığma komandanın yarışlarında iştirak etməyib.Potensial debyutantlar arasında ukraynalılara qarşı oynaya biləcək qapıçı Fərhad Vəliyevi, müdafiəçi Sergey Sokolovu, yarımmüdafiəçilər Elvin Nuriyevi, Ramazan Abbasovu, Cəmşid Məhərrəmovu və hücumçu Elşən Məmmədovu göstərmək olar. Komandanın indiki tərkibində daha təcrübəli oyunçulardan Emin İmaməliyevin və Aftandil Hacıyevin adını çəkmək olar. Onlar yığmanın oyunlarında müəyyən təcrübəyə malikdirlər. Turnirdə Aftandilin oyununu müşahidə etmək imkanı olan Ş.Diniyev onun kollektivə dəvət olunacağının şübhə altında olmadığını qeyd edib. Eləcə də Ruslan Abbasov və Rəşid Sadıqov kimi digər "neftçilərin" cəlb olunacağına da böyük ehtimallar var.

Azərbaycan yığmasının tərkibi:

Qapıçılar: Fərhad Vəliyev ("İnter"), Mikayıl Yusifov ("Xəzər").

Müdafiəçilər: Rəşad F. Sadıqov, Aftandil Hacıyev, Ruslan Abbasov (hamısı "Neftçi"dən), Sergey Sokolov, Azər Məmmədov (hər ikisi "Qarabağ"dan ), Ramin Quliyev ("Bakı"dan).

Yarımmüdafiəçilər: Ceyhun Sultanov, Emin İmaməliyev, Ramazan Abbasov (hamısı "Bakı"dan), Elvin Nuriyev, Elmar Baxşiyev (hər ikisi "İnter"dən), Rəşad Abdullayev ("Xəzər"), Cəmşid Məhərrəmov ("Karvan"), Aslan Kimov ("Qarabağ").

Hücumçular: Vüqar Nadirov, İlqar Qurbanov (hər ikisi - "Xəzər"dən), Nadir Nəbiyev ("Neftçi"), Elşən Məmmədov ("İnter").

Xəbər lenti

Xəbər lenti