...

Ombudsman aparatının əməkdaşları cəzaçəkmə müəssisəsinə baxış keçirib

Cəmiyyət Materials 3 Fevral 2006 12:20 (UTC +04:00)

Ombudsman aparatının əməkdaşları Azərbaycanın Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrası baş idarəsinin 1 saylı istintaq təcridxanasına baxış keçirib. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.

Əməkdaşlarla söhbət zamanı saxlanılan şəxslər çıxarılmış məhkəmə qərarlarının qeyri-obyektivliyindən şikayət edərək istintaqın obyektiv aparılmasına kömək etməyi xahiş edib.

Nümayəndələr müəssisələrə baxış keçirmiş, şəxslərin saxlanma şəraiti ilə tanış olaraq onlarla söhbət etmiş və problemlərilə maraqlanmışlar.

Xəbər lenti

Xəbər lenti