...

Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 15 Yanvar 2013 09:38 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçirəcək.
Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçirəcək.

FAİREX-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2 mərhələdən ibarət çempionatın I mərhələsi 18-19 yanvarda (təsnifat - seçim yarışları), II mərhələsi 26-27 yanvarda (çətinlik və sürət üzrə yarışlar) keçiriləcək.

Yarışa Rusiya, Türkiyə, Gürcüstan və İran idmançıları ilə birlikdə ümumilikdə 100-dən çox iştirakçının qatılacağı gözlənilir.

Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən Respublikanın müxtəlif bölgələrindən olan klubların (Bakıdan "Ekosport", "A+A", "Climb-club", "Rock stone", "Meteor", "Bakı Dövlət Universiteti", "Qərb Universiteti idman klubu", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Bədən Tərbiyəsi və İdman Akademiyasının "Gənclik", "Xəzər Universiteti idman klubu", "İqtisad Universiteti idman klubu", Qobustandan "Tanrıdağ", Qusardan "Salavat", "Qusar" və "Zirvə", İsmayıllıdan "Babadağ", Zaqataladan "Mountain bee", Qaxdan "Extremal", Yardımlıdan "Kəmərqaya" və s.) idmançıları iştirak edəcək.

Yanvarın 14-dək FAİREX-in 103 idmançısı yarışlara qatılmaq üçün qeydiyyatdan keçib. Qeydiyyat yanvarın 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti