...

Buzadırmanma üzrə açıq Azərbaycan çempionatına start verildi

İdman Materials 18 Yanvar 2013 11:21 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi 2 turdan ibarət buzadırmanma üzrə açıq Azərbaycan çempionatının I mərhələsinə start verildi.
Buzadırmanma üzrə açıq Azərbaycan çempionatına 
start verildi

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi 2 turdan ibarət buzadırmanma üzrə açıq Azərbaycan çempionatının I mərhələsinə start verildi.

FAİREX-dən Trend-ə verilən məlumata görə, Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən çempionatın təsnifat-seçim mərhələsi 2 gün davam edəcək.

Qusarın ən hündür dağ kəndlərindən olan Ləzədə keçirilən yarışda iştirak edən idmançıların sayı 100-dən artıqdır. Bu say tərkibi idmançılarımızın buzadırmanma idman növünə olan potensialının göstəricisidir. Şaxtalı hava şəraitinə baxmayaraq, idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün birinci yer uğrunda iradə, qətiyyət, məharət və ustalıq nümayiş etdirirlər. İdmançılar arasında təsnifat-seçim mərhələsini uğurla keçərək final - çətinlik və sürət mərhələsinə vəsiqə qazanmaq uğrunda qızğın mübarizə gedir.

Qeyd edək ki, buzadırmanma üzrə açıq Azərbaycan çempionatının final mərhələsi 26-27 yanvarda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti